Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-06 14:01:00
Zəlzələ nəticəsində bu məktəblərdə çatlar yaranıb - Nazirlikdən açıqlama 

Qax rayonunda dünən baş verən zəlzələ nəticəsində bir neçə məktəbə ziyan dəyib. 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, əsasən Marsan kənd tam orta məktəbinə daha çox zərər dəyib: 

“Belə ki, məktəbin binasında əvvəlki zəlzələdə də iri catlar əmələ gəldyindən tədris prosesində binanın bir hissəsindən istifadə olunmurdu. İndi digər hissələrdə də daha dərin çatlar əmələ gəlib. Rayonun Qaxbaş kənd 1 nömrəli tam orta, Fıstıqlı, Qaradolaq, Çinarlı kənd ümumi orta məktəblərində və Uşaq Gənclər İnkişaf Mərkəzinin binasının divarlarında xırda çatlar əmələ gəlib. Adı çəkilən bütün müəssisələrdə dərs prosesi davam edir”.