
22 may 2018-ci il tarixli 11 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 28 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elanı üzrə sənəd qəbulu 22 iyun 2018-ci il saat 18:00-dək davam edəcək.
Ən yüksək müsabiqə vəziyyəti isə, Energetika Nazirliyinin İnsan resursları və dövlət qulluğu şöbəsində Dövlət Qulluğu sektorunun müdiri (1 vakant yerə 3 müraciət), Strateji proqramlar və islahatlar şöbəsində baş məsləhətçi (1 vakant yerə 3 müraciət), Hesablama Palatasının Ümumdövlət xidmətləri üzrə digər sahələrin auditi sektorunda məsləhətçi (1 vakant yerə 5 müraciət) vəzifələri üzrə müşahidə edilir.
Əlavə olaraq qeyd edək ki, Maliyyə Nazirliyi (4 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (2 vakant vəzifə), Şirvan Apellyasiya Məhkəməsi (3 vakant vəzifə), Şabran Rayon Məhkəməsi (2 vakant vəzifə) və Kəlbəcər Rayon Məhkəməsi (1 vakant vəzifə) tərəfindən təqdim edilən vakant vəzifələr üzrə ümumi müsahibələrdə iştirak etmək məqsədilə heç kəs müraciət etməyib.
Ümumi olaraq, 11 dövlət orqanında 28 vakansiya üzrə 22 müraciət qeydə alınıb.