
1918-ci ilin26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan Azərbaycan Ordusunun bu il 100 yaşı tamam olur.
AzEdu.az bu münasibətlə məktəbli oğlanlar arasında keçirilən “Bugünün məktəblisi, sabahın əsgəri”adlı rəsm müsabiqəsi elan edib. 6-11-ci siniflərdə təhsil alan oğlanlar arasında keçirilən müsabiqədə Bakı və Bakıətrafı məktəblərin şagirdləri iştirak edə bilərlər.
Yarışmada iştirak etmək istəyənlər çəkdikləri rəsmin fotosunu 20 iyun saat 18:00-dəkİ[email protected] elektron poçtuna və ya 055 329 48 78 mobil nömrəsinin whatsapına göndərə bilərlər. Rəsmi göndərərkən ad və soyadınızı, oxuduğunuz məktəbi, neçənci sinifdə oxuduğunuzu və əlaqə nömrənizi yazmağı unutmayın.
Rəsmlər aşağıda adları qeyd olunan münsiflər tərəfindən qiymətləndiriləcək:
Soltan Soltanov- irrealist rəssam
Seymur Verdizadə - müstəqil jurnalist
Elşad Eyvazlı- Parlament Jurnalistlər Birliyinin sədri
Rəsmin mövzusu: “Azərbaycan əsgəri”
Qeyd edək ki, rəsmlərdə keyfiyyət yox, məzmun əsas götürülür. Seçimin nəticələrinə əsasən hər sinif üzrə bir nəfər qalib elan olunacaq. Müsabiqə qalibləri Şamaxı rəsədxanasına gecə ekskursiyası və N saylı hərbi hissədə əsgərlərlə görüşmə şansı qazanacaq. Layihə Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Qalib olduğunuz təqdirdə çəkdiyiniz rəsmin orijinalını özünüzlə gətirməniz xahiş olunur.