
Toğrul Paşayev 2020-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsinin “Yükqaldırıcı maşın və mexanizmlər” ixtisası üzrə magistratura pilləsini bitirib.
AzEdu.az xəbər verir ki, Əmək fəaliyyətinə 2016-cı ildən "Mercedes-Benz" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Autostar Kaukasus” MMC-də servis məsləhətçisi kimi başlayıb. Daha sonra “SR Construction Co” MMC-də satış meneceri, “Aztechmotors” MMC-də isə direktor müavini vəzifələrini icra edib.
2019-cu ildə yüksək akademik nailiyyətinələrinə və praktiki bacarıqlarına görə “Skoda” avtomobillərinin Azərbaycanda rəsmi distribüteri “SKAZ AUTOHOUSE” MMC-nin baş direktoru təyin olunub. 2020-ci ildən isə Changan brendinin Azərbaycanda rəsmi distribüteri “Azərbaycan Avtomobil Evi” MMC-nin baş direktorudur.
Hazırda onun rəhbərlik etdiyi şirkət AzTU tələbələrinin ödənişli təcrübə proqramlarında iştirakı, məzunların işə qəbulu istiqamətində əməkdaşlığı davam etdirir.