Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-20 09:03:00
Bu gündən SMS icazənin müddəti 3 saat oldu

Bu gündən xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələri üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

 

Bu barədə AzEdu.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Xatırladaq ki, COVID-19 infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 31 avqust saat 00:00-dək uzadılıb.