
Bir aydan artıqdır ki, DİM imtahanlara start verib. Pandemiya şəraitində imtahanların keçirilməsi təlimata uyğun təşkil olunub. 143 min-ə yaxın şagird bu vaxtadək imtahanlarda iştirak edib. İmtahanlar lokallaşdırılıb. İndi imtahanlar bütün şəhərlərdə keçirilir, təkcə bir məkanda yox. Təhsil Nazirliyi də bizə çox dəstək oldu. Bir binada 250-dək şagird iştirak edir. İlk 3 həftə ərzində keçirilən imtahanların nəticələri artıq elan olunub. Bu 105 min şagirdin nəticəsi deməkdir”
AzEdu.az xəbər verir ki, bu fikirləri DİM-in sektor müdiri Xanlar Xanlarzadə Operativ Qərargahın brifiqində açıqladı:
“Qarşımızda növbəti həftə imtahanların keçirilməsi durur. İmtahanların keçirilməsinə icazə verildi. İyunun 23 və 24-ü imtahan keçiriləcək. Hansı bölgədə keçiriləcəyi DİM-in saytına yerləşdirilib. Ola bilər ki, kimsə daxil olub öz bölgəsini tapmır, səbrli olsunlar. Həftə içi növbəti qrafik elan olunacaq. 58 mindən artıq şagirdin 2 həftə ərzində imtahanları keçiriləcək”.