Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-20 17:26:00
İmtahanlara gələnlər arasında koronavirusa yoluxma sayı… - RƏSMİ CAVAB  

 

“İndiyə qədər imtahanlarda koronavirusa yoluxma qeydə alınmayıb”.

 

AzEdu.az xəbər verir ki, bunu  Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə deyib.


 

O, deyib ki, iyunun 10-dan imtahanlarda 143 min şagird iştirak edib.

 

 

“DİM tərəfindən pandemiya şəraitində imtahanların keçirilməsi üçün addımlar atılıb. İmtahanlarda kütləviliyin azaldılması üçün bütün şəhər və rayonlarda bu imtahanları keçirmişik, lokallaşdırma aparılıb. Bu, imtahanlarda bir binada 220-250 nəfərin iştirak etməsinə imkan verib. İndiyə qədər imtahanlarda koronavirusa yoluxma qeydə alınmayıb”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları