
Hollandiyada aparılan araşdırmaya görə, ritm, melodiya və harmoniya dərslərinin, zehni inkişaf bacarıqların inkişafına çox açıq təsir göstərir. Tədqiqatlar göstərir ki, 2 il əlavə musiqi dərsləri alan uşaqlar dil inkişafının və tədrisini başa çatdırmaq bacarığını artırır və digər dərslərdə daha uğurlu nəticələr göstərir.
Lakin dünya miqyasında ümumi problem, məktəblərdə yaxşı musiqi öyrənmək və alətləri çalmağı öyrənmək hüququ yalnız orta və yüksək səviyyəli iqtisadi sinfə malik olan ailələrin uşaqlarına özəl olduğunun düşünülməsi, təhsil sistemində musiqi təhsili üçün kifayət qədər yer olmaması, ailələri qeyri-tədris proqramlarına qatılmaq meyli və bir alət çalmağı öyrənmək üçün dərs təhsil haqlarının olduqca yüksək olması bu düşüncəyi təəssüf ki dəstəkləyir.
Finlandiyada məktəblərində musiqi təhsili
Musiqi ilə məşğul olmaq tamam başqa dünyalara açılan fərqli bir dil olması göz önündə saxlanılsa, bu hər bir uşağın əsas hüququdur. Finlandiya dünyanın ən yaxşı musiqi təhsili sistemlərindən birinə sahibdir. Uşaqları xorlara göndərmək yerinə, musiqi kəşflərinə sərbəst buraxılaraq istiqamətləndirən bu təhsil sisteminin müstəsna müvəffəqiyyəti son 30 ildə Finlandiyanın ən qeyri-adi musiqiçiləri tərəfindən təsdiq edilə bilər. Lakin, Finlandiyada olan hər bir uşaq bir ulduz olmur. Əsas nöqtə isə musiqi təhsili təhsil sistemində “zəruridir” və hər bir uşağa eyni fürsət verilir.
Hər bir uşaq musiqiçidir.
BBC-nin ənənəvi olaraq hər il təşkil etdiyi “Gənc Musiqiçi” yarışmasını qazanan gənclərə görə, heç bir yaşdan asılı olmayaraq uşaq, musiqi təhsili fürsətini qaçırmamalıdır. Etdikləri kampaniya daxilində, İngiltərədə instrumental musiqi təhsilinin əskikliyindən əziyyət çəkdiklərini bildirir və alət çalmağı öyrənmənn hər uşağın faydalanan bir haqq halına gətirilməsini, ailələrin bu mövzudakı xərclərdən azad tutulmasını istədiklərini dilə gətirirlər. Musiqinin, uşaqların həyatlarının olmazsa olmazı halına gətirilməsinin son dərəcə əhəmiyyətli olduğundan bəhs edən gənclər, Londonun seçilən məktəblərində bütün uşaqlara pulsuz alət dərsi verilən “Hər uşaq bir musiqiçidir” proyektini nümunə göstərirlər.
1990-dakı yarışmanı 15-yaşında qalib gələn Nikola Loud, kaman çalmağı 4 yaşında uşaq bağçasında aldığı pulsuz dərslərlə başladığını söyləyir. Loud, kariyerasını başlamasına kömək edən bu dərsləri aldığı üçün çox şanslı olduğunu sözlərinə əlavə etdi. Yarışmanın 1984-cü ildəki qalibi Emma Conson isə, getdiyi ibtidai məktəbdə heç bir müəllimin bir musiqi alətini çalmağı bilmədiyindən şikayət etdi. 1980-cı ildə keçirilən müsabiqədə qalib gələn Daniel, bu kampaniyanın yalnız musiqiçi üçün deyil, bütün uşaqları üçün də yayılması lazım olduğunu bildirir. Özəl məktəblər və dövlət məktəbləri arasındakı fərqi vurğulayan Danielə görə ciddi bir haqsızlıq vardır.
İşçi Partiyasının köhnə liderlərindən Harriet Harman, kampaniyanın İngiltərədə parlamentə apararkən, bu ədalətsizliyin qəbul edilməməsini bildirir. Təhsil Naziri spikerinin etdiyi açıqlamaya görə bu mövzuyla əlaqədar hərəkət planlarını əhatə edən layihələri həyata keçirməkdədirlər.
Günel Yaşarqızı