Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-23 12:09:00
AzTU professorunun dərsliyi yenidən nəşr edilib

Metallurgiya, maşınqayırma, materialşünalıq sahəsində çalışan mütəxəssislərin, tələbələrin, magistrantların, doktorantların maraqlarını nəzərə alaraq Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və metalşünaslıq kafedrasının məsləhətçi professoru Rəhim Şükürovun dərsliyi yenidən işlənilməklə və əlavələr edilməklə nəşr olunub.

 

AzTU–dan AzEdu.az-a verilən məlumata görə, “Metalşünaslıq və termiki emal” adlı dərslikdə hər bölmə üzrə test sualları da əksini tapıb.

 

Dərslik AzTU-nun 70 illik yubileyinə və Azərbaycanda texniki təhsilin 133 illiyinə həsr edilib.