Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-24 16:18:00
DİM-də keçirilən beynəlxalq imtahanlara dair həftəlik hesabat açıqlanıb

DİM bu həftə Cisco, (ISC)2, CompTIA kimi qurumların bir sıra imtahanlarını keçirib.

 

AzEdu.az  xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, 20-24 iyul tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və informasiya texnologiyaları (İT) sahəsinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:   

 

-  Cisco Systems, Inc.   şirkətinin “Implementing and Operating Cisco Enterprise Network Core Technologies” sertifikat imtahanı;

 

-  (ISC)2 təşkilatının “Information Systems Security Architecture Professional (ISSAP)” sertifikat imtahanı;

 

-   CompTIA assosiasiyasının “CompTIA A+ Certification Exam: Core 2 (220-1002)” sertifikat imtahanı.

 

Keçirilən imtahanlarda ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

 

DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

 

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, II, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin IV günləri

Səhər növbəsi: 10:00–13:00

Günorta növbəsi: 15:00-18:00

 

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.