Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-25 10:44:00
Dövlət İmtahan Mərkəzində beynəlxalq imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) müvafiq sanitar-gigiyenik qaydalara uyğun olaraq müxtəlif ixtisas sahələri üzrə beynəlxalq Pearson VUE (Virtual University Enterprises) imtahanları keçirib.


DİM-dən AzEdu.az-a bildirilib ki, Pearson VUE tərəfindən informasiya texnologiyaları (İT) sahəsinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

- Cisco Systems, Inc. şirkətinin “Implementing and Operating Cisco Enterprise Network Core Technologies” sertifikat imtahanı;

- (ISC)2 təşkilatının “Information Systems Security Architecture Professional (ISSAP)” sertifikat imtahanı;

 

- CompTIA assosiasiyasının “CompTIA A+ Certification Exam: Core 2 (220-1002)” sertifikat imtahanı.

 

İmtahanlarda ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

 

İmtahanlar haqqında ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə etmək olar.