Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-25 13:16:00
İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə avqustun 3-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən AzEdu.az-a bildirilib ki, bu imtahanda 15 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər də iştirak edəcəklər. İmtahanda iştirak etmək istəyən digər namizədlər üçün qeydiyyat avqustun 1-i saat 18:00-dək aparılacaq. Bu günə olan məlumata görə, 90 (AA - 5, AB - 19, AC - 66) namizəd qeydiyyatdan keçib.

 

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.