Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 12:45:00
Ukraynada yaralanan tələbələrin vəziyyəti ilə bağlı açıqlama

Ukraynada açılmış atəş nəticəsində yaralanan azərbaycanlı tələbələrin vəziyyəti yaxşıdır.

 

AzEdu.az-ın məlumatına görə, bunu açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədrinin müavini Elşad İbrahimov bildirib. Onun sözlərinə görə, baş vermiş hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır:

 

"Bildiyimiz kimi bir neçə gün əvvəl Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı tələbələrə atəş açılıb. Hadisə yerində 4 nəfər olub, onlardan ikisi ayağından yaralanıb. Hazırda vəziyyətləri yaxşıdır".

 

E.İbrahimov əlavə edib ki, diaspor Ukrayna hüquq mühafizə orqanlarından tələb edib ki, tezliklə istintaq yekunlaşdırılsın və hadisəni törədən şəxslər cəzalandırılsınlar.(trend.az)