Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 16:12:00
"Emin Əmrullayevin nazir təyinatı gözlənilən idi" - Şura sədri  

 “Emin Əmrullayevin Təhsil naziri təyin edilməsi gözlənilən idi. Uzun illər nazirlikdə məsul vəzifələrdə işləyib. Müxtəlif problemlər ilə bağlı nazirliyinin təqdimatlarını son  illərdə o edirdi.”

 

AzEdu.az  xəbər verir ki, bu sözləri Təhsil Nazirliyi  yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov qeyd edib.

 

O bildirib ki, Emin Əmrullayev təhsil problemləri ilə yaxından tanışdır. Təhsil problemləri inistutuna rəhbərlik edib. Xaricdə (ABŞ) təhsil alıb. Müasir və tənqidi düşüncə sahibidir. Problemlərin üzərinə gedə bilir. Gəncdir.

 

“İnanıram ki, Emin Əmrullayev Təhsil naziri vəzifəsini uğurla idarə edəcəkdir. Bu işdə ona uğurlar arzulayıram.”

 

Qeyd edək ki, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.