Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-27 17:46:00
Bu peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır” – Prezidentdən tapşırıq  

 

 

“Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır”.

 

 

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Təhsil  Naziri Emin Əmrullayevi videokonfrans formatında qəbul edərkən deyib.

 

 

O, qeyd edib ki, bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər rəhbər orqanlarda təmsil olunurlar:

 

 

“Mən çox istərdim ki, bizim kadrlarımız həm Azərbaycanda, həm də başqa ölkələrdə  yüksək vəzifələrdə işləsinlər. Ona görə, peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var.

 

 

Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meylləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə, bu sahə üzrə peşə məktəbləri olmalıdır.

 

 Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır”.

 

Qeyd edək ki, Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.

 

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları