Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-30 13:05:00
190 metrlik asteroid Yerə yaxınlaşır 

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) 84-190 metr diametrə malik asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib.


AzEdu.az
 NASA-nın rəsmi saytına istinadən xəbər verir ki, “2009 PQ1” adlı asteroid avqustun 5-də Yerə maksimum yaxınlaşacaq. O, saniyədə 13,4 kilometr sürətlə planetimizin 3,2 milyon kilometr yaxınlığından keçəcək.


Qeyd edək ki, həmin asteroid 2009-cu il avqustun 14-də kəşf olunub. 


Astronomlar onu Apollonlar sinfinə – orbitləri Yer orbiti ilə kəsişən asteroidlərə aid edirlər.