Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-07 09:14:00
Cəlilabadda orta məktəbin binasında yanğın olub

Cəlilabad rayonunun Cəfərli kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli, dördotaqlı orta məktəb binasının iki otağının və dəhlizinin yanar konstruksiyaları 96 m² sahədə yanıb.

 

AzEdu.az  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.