
2020-08-08 12:54:00
Dövlət qulluğu üzrə müsahibədə indiyədək 252 nəfər uğur qazanıb
Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
AzEdu.az DİM-in avqustun 8-i saat 11:25-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 252 nəfər uğur qazanıb. Onlardan 164-ü Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 21-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, 1 nəfər isə Masallı Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3712 nəfər sənəd verib. Müsahibə avqustun 20-də başa çatacaq.
Bu bölməyə aid digər xəbərlər
TOEFL iBT imtahanı keçirilib
2024-04-03 14:38:38
Dövlət orqanlarında 74 vakant vəzifə...
2023-08-15 12:05:41
Dövlət qulluqçuları ilə bağlı vacib QƏRAR
2023-08-10 17:15:15
12 dövlət orqanındakı vəzifələr üçün müsahibə elan edildi
2023-06-21 16:39:00
Sədr: “Dövlət qulluğunda işləmək istəyənlər ana dilimizi aydın bilməlidir”-
2023-06-21 13:11:40
Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb
2023-06-19 17:18:00
Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək
2023-05-18 14:29:50
DİM: Dövlət qulluğu imtahanında 73 namizəd iştirak edib
2023-05-14 14:20:35
DİM dövlət qulluğu üzrə imtahan verəcək namizədlərə müraciət edib
2023-05-08 15:55:40
Ötən il 7 dövlət qulluqçusu işdən azad edilib
2023-05-03 10:40:58