
Yeni tədris ilinin başlanması, MİQ və qəbul imtahanları ilə bağlı vacib bilgilər -Təhsil icmalı
AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:
Yola saldığımız həftədə - 3-9 avqust tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:
Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunun nəticələri açıqlandı
Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən namizədlərin elektron ərizələrinin yoxlanılması başa çatıb.
Müsabiqənin növbəti mərhələsində 46 mindən çox namizəd iştirak etmək hüququ qazanıb.
Qəbul imtahanını rus dilində verən abituriyentlər üçün ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanına qeydiyyat elan olunub
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin iyun-iyul aylarında keçirilən birinci Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 14 avqust saat 23:59-dək qeydiyyatdan keçməklə (ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki, 9 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyənlər üçün qeydiyyat linki) ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
Bakı Tikiş Evinin mağazaları açılır - İbtidai siniflərdə dərslər başlayacaq
Hazırda orta məktəblərdə tədrislə bağlı Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanır və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək.
Bu barədə Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, həmin təkliflərdə məktəbli formaları ilə bağlı məsələ də öz əksini tapıb.
Abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər
2020-ci ilin fevral ayında nəşr olunun jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə tapşırıq nümunələri də dərc olunub.
İmtahana hazırlaşan abituriyentlər öyrəndiklərini yoxlaya bilmələri üçün jurnalın 68-112-ci səhifələrində verilmiş tapşırıq nümunələri ilə tanış ola bilərlər.
Yeni tədris ilinin təşkili ilə bağlı bir sıra təkliflər nəzərə alınacaq
Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2020-2021-ci tədris ilinə hazırlıq məqsədilə sistemli tədbirlər həyata keçirilir. Ümumi təhsil müəssisələrinin I siniflərinə şagirdlərin qəbulu prosesi aparılır, müəllimlərin işə qəbulu imtahanının növbəti həftədən başlanması nəzərdə tutulur, təhsil müəssisələrinin tikintisi və təmiri, tədris resurslarının hazırlanması və digər sahələr üzrə işlər isə davam etdirilir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyətı dövlət qurumları ilə bu istiqamətdə müzakirələr aparılır.
Peşə təhsili üzrə imtahanın keçirilmə qaydası müəyyənləşdi
Nazirlər Kabineti “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nı təsdiq edib.
Emin Əmrullayev MİQ müsabiqəsi ilə bağlı əmrdə dəyişiklik edib
Təhsil naziri 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədi ilə əmrdə dəyişiklik edib.
Əmrə əsasən, “2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkili və keçirilməsi təmin edilməlidir”.
Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün avqustun 5-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.
13 - 14 avqustda keçiriləcək qəbul imtahanlarının qrafiki elan olunub
DİM tərəfindən 13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub.
13 və 14 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə ( http://dim.gov.az/news/5555/ ) tanış ola bilərlər.
MİQ üzrə müsabiqənin ikinci mərhələsi başlayır
Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.
Bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb. Müvafiq ixtisas üzrə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndəriləcək.
Təhsil müəssisələri nə zaman açılacaq?
Tədris məsələsi çox önəmlidir. Bir neçə həftədir ki, bunun üzərində iş gedir. Bu suala bütün dünyada cavab axtarılır. Bununla bağlı hansısa hazır resept yoxdur.
Bunu prezidentin köməkçisi Şahmar Mövsümov bunu Operativ Qərargahın brifinqində qeyd edib
Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000,0 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 7 milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.
Bağçayaşlı uşaqların valideynləri üçün hansı güzəştlər nəzərdə tutulub?
“Əksər dövlət qurumları azaldılmış sayla işə davam edir. Karantin rejimi başlayandan 30% işçinin ofislərə gəlməsi tələb olundu. Yumşalmalardan sonra bu say 50%-ə çatdırıldı”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifiqində prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.
Yeni tədris ili üçün I siniflərə qəbul hansı qaydada həyata keçiriləcək?
2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədrisi digər dillərdə aparılan bölmələrə isə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi (müsahibə) yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbləri istisna olmaqla).
Elektron sistemdə qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.