
"Müasir təhsil insanları yoxsulluğa hazırlayır".
AzEdu.az xəbər verir ki, bunu UNEC-in rektoru,professor Ədalət Muradov şəxsi facebook səhifəsində paylaşıb.
O,təhsil istiqamətində olan dəyərli fikirlərini bölüşüb:
"İnsanların şüurunda görünməz yoxsulluğun ilkin şərtlərini formalaşdırır:
- yol verilmiş səhvlərə görə təhsilalanları cəzalandırır,
- səhv etməyi “kütlük” əlaməti kimi qiymətləndirir,
- səhvlərlə müşaiyət olunan praktiki bilik əvəzinə cavabların əzbərlənməsini stimullaşdırır,
- belə fikir formalaşdırır ki, doğru cavab bir dənədir və o, ancaq müəllimə məxsusdur,
- real maliyyə təhsili vermir,
- əməkdaşlığı “köçürmə” kimi qiymətləndirir,
- tapşırıqların fərdi qaydada yerinə yetirilməsini tələb edir,
- kömək üçün müraciəti yolverilməz sayır,
- “Mən bilmirəm”i qəbul etmir,
- təhsilalanları ağıllı və “kütlərə” bölür.
Robert T. Kiyosaki
FAKE. FAKE MONEY, FAKE TEACHERS, FAKE ASSETS ( How lies are making the poor and middle class poorer), 2019".