Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-14 16:26:00
Orta ixtisas təhsili müəssisələrinin sayı açıqlanıb

Tədris ilinin əvvəlinə Azərbaycanda orta ixtisas təhsili müəssisələrini sayı 59 olub. Bu təhsil müəssisələrini 56 min tələbə bitirib. Onlardan 51 min 200-ü əyani, 4 min 800-ü qiyabi təhsil alıb.

 

AzEdu.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yeni çapdan çıxmış “Azərbaycanda uşaqlar” adlı məcmuəsində əks olunub.

 

Rəsmi nəşrdə bildirilir ki, 2019-2020-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinə 18 min 900 nəfər qəbul olunub. Onlardan 17 min 600 nəfər əyani, 1300 nəfər isə qiyabi təhsil alır.