Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-17 17:10:00
Təhsildə Keyfiyyət Təminatı Agentliyi: Şəhadətnamələr vətəndaşlara şəxsən təqdim edilir

Vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi prosesi davam edir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, vətəndaşlar karantin rejiminin tələblərinə riayət etməklə həftəiçi hər gün saat 09:00-18:00 arası tərtib olunmuş xüsusi növbəlilik cədvəli üzrə onlara göndəriləcək müvafiq SMS bildirişi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşaraq şəhadətnamələrini əldə edə bilərlər.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu martın 16-dan avqustun 31-dək dayandırılıb. Bu səbəbdən xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyənləşdirilməsi ilə bağlı Agentliyə müraciət edən vətəndaşlara şəhadətnamələrin təqdim edilməsi mümkün olmayıb.