Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 10:45:05
İxtisas seçimində ən çox nəyə diqqət edirsiniz? - SORĞU

Artıq ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi başa çatıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün imtahandan sonrakı çətin və bir o qədər də məsuliyyətli iş məhz ixtisas seçimidir.

AzEdu.az saytının növbəti sorğusu da məhz ixtisas seçimi ilə bağlıdır: İxtisas seçimində ən çox nəyə diqqət edirsiniz?
Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az saytının əsas səhifəsindəki sağdan aşağıdakı sorğu panelindəki cavablara baxıb, səs versinlər.

Cavablar bunlardır:

1. Universitetin paytaxt və ya bölgədə yerləşməsinə;
2. Təhsilhaqqına;
3. İş imkanlarına;
4. Dövlət, yoxsa, özəl universitet olmasına;
5. Yerli və ya əcnəbi universitet olmasına;
6. Yaxınların məsləhətlərinə;
7. Öz seçimimə;
8.Universitetin maddi-texniki bazasına və müasir tədris keyfiyyətinə;
9.Beynəlxalq reytinq cədvəllərindəki mövqeyinə;
10. Əməkdaşlıq, tərəfdaşlıq və xarici universitetlərlə əlaqələrinə görə.