Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 12:59:00
Qəbul imtahanlarına 4 minədək müəllim nəzarət edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 20-də və 21-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, həmin şəhər və rayonlarda qəbul imtahanlarının keçirilməsi üçün ümumilikdə 160 imtahan binası, 2838 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 160 ümumi imtahan rəhbəri, 485 imtahan rəhbəri, 3685 nəzarətçi–müəllim, 320 buraxılış rejimi əməkdaşı, 160 bina nümayəndəsi ayrılıb.