Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 17:30:00
"Şagirdlərin dünyaya baxışlarını daha rəngarəng etməyi düşünürəm"-MİQ-də yüksək nəticə göstərənlər

Avqustun 14-dən müəllimlərin işə qəbulu imtahanlarına start verilib.

 

 

İmtahanda bir çox namizədlər yüksək nəticə göstərərək vakant yer seçimində iştirak etmək hüququ qazanıb.

 

 

Onlardan bəziləri təəssüratları AzEdu.az-la bölüşüblər:

 

 

Səma Həsənova biologiya ixtisası üzrə 55 bal toplayaraq ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

 

 

Gəlin,onu yaxından tanıyaq:

 

 

“2015-2019 -cu illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində  təhsil almışam. 2019-2020 tədris ili üçün təşkil olunan  MİQ müsabiqəsində  iştirak edərək 52 bal topladım. Nəticəmə uyğun olaraq Şuşa rayon Quşçular kənd tam orta məktəbində muddetli muqavileyle ilə 4 ay müəllim olaraq çalışdım. Daimi is yeri əldə etmək üçün 2020-ci ildə MİQ-də iştirak edərək 55 bal topladım”.

 

 

Müəllim namizəd MİQ-lə bağlı fikirlərini bölüşüb.

 

 

“Bu il səhv etdiyimiz suallara  baxmaq imkanının yaradılması çox yaxşı oldu.

 


Məntiq fənnin çıxarılması ixtisas və metodika suallarina daha cox vaxt ayırmağıma  imkan yaratdı. Suallar rahat, amma düşündürücü idi.

 

 

Sanitar-epidemioloji qaydalara yüksək səviyyədə əməl edilmişdi. Hər kəs maska və əlcək taxmışdı. Binaya daxil olduqda dezinfeksiya edici vasitələrlə əllərimizi dezinfeksiya edirdik”.

 

 

Səma Həsənova MİQ-ə necə hazırlaşdığından söz açıb.

 

 

“MİQ-ə  əvvəlcə özüm hazırlaşdım. Son 3 ay ərzində online hazırlıq qruplarına qoşuldum.

 

 

Hazırlaşan müəllimlərə deyə bilərəm ki,  maksimum güclərini sərf etsinlər. Çünki sonda yaxşı nəticə mütləq əldə edəcəklər. Bundan əlavə özləri üçün düzgün stategiya müəyyən etmələrini məsləhət görərdim. Planlı şəkildə hazırlaşsınlar”.

 

 

Nərgiz Məmmədova təsviri incəsənət üzrə 55 bal toplayaraq yüksək nəticə əldə edib.

 

 

“Yasamal rayon Telman Abbasov adına 225 nömrəli məktəbi bitirmişəm. Bu mənim ilk MİQ  imtahanım idi.

 

 

Səhv suallar ilə tanış olduğum üçün məmnun qaldım. Məntiqin  çıxarılması imtahanı asan etmişdi. Fikrimce ixtisas çox asandı idi,hətta dərslik səviyyəsində salınmışdı. Kurikulum da  normal səviyyə idi.

 

 

İmtahan ərazisi tempratur ölçücü alətlər, dizinfeksiya edici məhsullar ilə təmin etdilmişdi. Sosial məsafəyə riayət olunurdu.

 

 

Vakant yeri seçimini hele dəqiqləşdirməmişəm”.

 

 

Müəllim namizəd necə tədris prosesi həyata keçirəcəyindən söz açıb.

 

 

“Dərs verəcəyim  şagirdləri daha sosial, öz sözlərini deyə bilən, hüquqlarını biləcək yöndə inkişaf etdirmək hədəfim var. Çünki bizim təhsilimiz bu yöndə olmayıb, öz fikrimizi deməkdə çətinlik çəkmişik.

 

 

 

İxtisasdan özüm hazırlaşdım, kurikulumdan isə 1 ay  köməklik aldım.

 

 

Şagirdlərə daha sərbəstlik vermək lazımdır. Onların  özlərini ifadə edə bilmələri üzerinde çalışacam. Dəqiq ve humanitar fenlərdən əlavə, incəsənət zövqlərini, dünyaya baxışlarını daha rəngarəng etməyi düşünürəm.

 

 

Mənim  öyrənəcəyim hele çox şey var ,amma ideal müəllim şagirdləri ilə oyrənib, inkişaf edib, onları özü ilə bərabər görəndir.

 

 

MİQ-ə hazırlaşanlara demek isteyirəm ki, əvvəlcə müəllim olmağı sonra da uşaqları sevin. Ondan sonrakı hər şey yoluna düşəcək”.

 

 

Fuad Pənahov bu gün keçirilən Azərbaycan dili və ədəbiyyat fənindən 55 bal toplayıb.

 

 

“Ümumi təhsilimi Ağsu rayon Kalva kənd orta məktəbində almışam. 2013-2017- ci illərdə ADPU-da ali təhsilimi başa vurmuşam. Heç bir yerdə müəllim işləməmişəm. Keçən il baş tutan MİQ-də 48 bal topladım, lakin ixtisas seçimində iştirak etmədim”.

 

 

Müəllim namizəd bu ilki MİQ-lə bağlı fikirlərini deyib.

 

 

“Əvvəl işsiz müəllimlərin nəzərə alınması və səhv cavablanan suallara baxmaq imkanının yaradılmasını müsbət qiymətləndirirəm. Yalnız kurikulumdan vahid ədəbiyyatın olmamasını mənfi hal idi. Bir kurikulum vəsaitində bir cür yazıldığı halda, digərində başqa cür yazılmış olur. Ümid edirəm tezliklə bu mənfi hallar nəzərə alınar.

 

 

İmtahan yüksək səviyyədə təşkil olunmuşdu.Hər şey qaydasında idi. Seçəcəyim vakant yerlər Bakı və Sumqayıt məktəbləri olacaq.

 

 

Məncə, müəllim əvvəlcə şagirdlərini bir şəxsiyyət kimi yetişdirməyi bacarmalıdır. MİQ-ə hazırlaşanlara iradəli olmağı və keyfiyyətli hazırlaşmağı tövsiyə edərdim. Əzbərçiliyi deyil, dərk etməni öndə tutsunlar”.

 

 

Müsabiqədə  iştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları