Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-19 17:31:00
Azərbaycanda son sutkada 162 nəfər COVID-19-dan sağalıb, 146 nəfər yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 34 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 363 nəfər müalicə olunaraq sağalıb, 510nəfər vəfat edib, aktiv xəstə sayı 1 747 nəfərdir.