
14 avqustdan müəllimlərin işə qəbulu imtahanlarına start verilib.
Bu günə qədər olan ən yüksək nəticəni isə Azərbaycan dili və ədəbiyyat üzrə 60 bal toplayaraq Leyla Ağayeva əldə edib.
Gənc müəllim təəssüratlarını AzEdu.az-la bölüşüb.
Gəlin,onu yaxından tanıyaq:
“2009-2013 illərdə ADPU-nun filologiya, Azərbaycan dili və Əəbiyyat müəllimliyi fakültəsində təhsil almışam. 2013-cü ildə MİQ-də iştirak etmişəm. 2013-2016-cı illərdə Saatlı rayon 1 saylı orta məktəbdə ixtisasım üzrə çalışmışam. 2016-ci ildə yerdəyişmə imtahanında 54, 2017,2018,2019-cu illərdə müvafiq olaraq 50,48,56 bal toplamışam. Ancaq 2016-dan bəri orta məktəbdə çalışmamışam. 3 il özəl kurslarda fəaliyyət göstərmişəm”.
Müsahibimiz MİQ-də olan yeniliklərdən söz açıb.
“Yeniliklərdən biri də imtahanda əslində düz yazdığımızı düşündüyümüz sualları diqqətsizlikdən səhv yazmağımızı müşahidə etməyimiz oldu. Mən 40 dəqiqəyə sualları bitirdiyim üçün daha tez çıxdım,10 dəqiqə müddətindən istifadə etmədim. Hər il məntiqdən hazırlaşmadan 9-10 suala cavab yazırdım. Düşünürdüm ki,məntiqin çıxması məni məyus edə bilər. Amma TAİM-də metodika üzrə hazırlşdığım 3 ay müddətində özümdən əmin oldum”.
Leyla Ağayeva sualların çətinlik səviyyəsindən danışıb.
“Suallar sadə görünsə də, çox diqqət tələb edən məqamlar var idi. Vakant yerlər hələ ki məlum deyil,amma yaşayış yerimə uyğun bir məktəb seçməyi düşünürəm”.
Leyla xanım müəllimlərin şagirdlərlə necə davranmalı olduğundan söz açıb.
“Gələcəkdə şagirdlərimə müasir təlim üsullarından öyrəndiklərimi,həmçinin öyrənəcəklərimi tətbiq etməyi düşünürəm.
Müəllim özünün də vaxtilə şagird olduğunu düşünüb buna görə şagirdlərlə yanaşmasına fikir verməlidir”.
Leyla Ağayevaya MİQ-ə hazırlaşanlara bir sıra məsləhətlər verir:
“İxtisasdan özüm,metodikadan isə TAİM-in köməkliyi ilə hazırlaşmışam.
MİQ-ə hazırlaşanlara demək istəyirəm ki, mübariz olsunlar,qələbə mütləq əldə olunacaq. Təki özlərində bu gücü hiss etsinlər”.
Müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edirik!