Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-20 13:45:00
Pərviz Yusifov: Tələbələr təcrübələrini Lahıc sənətkarlarının emalatxanalarında keçirlər

İsmayıllı Peşə Tədris Mərkəzində Lahıc sənətkarlıq məktəbi fəaliyyət göstərir.

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili müəssisələrinə qəbulla bağlı təşkil olunan canlı yayımda deyib.

 

O bildirib ki, peşə tədris mərkəzində xüsusi bir qrup yaradılıb. Bu qrupda dərsləri Lahıc sənətkarları tədris edirlər. Tələbələr təcrübələrini Lahıc sənətkarlarının emalatxanalarında keçirlər.

 

Xatırladaq ki, 2020-2021-ci tədris ili üçün peşə təhsili pilləsi üzrə tələbə qəbulu avqustun 24-dək elektron qaydada həyata keçiriləcək. Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə iştirak etmək istəyən şəxslər Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin Elektron sənəd qəbulu altsistemində (http://qebul.vet.edu.az/) ərizəni doldurmalıdır.

 

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Qəbul prosesində hər namizədə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılıb.

 

Müsabiqənin nəticələri avqustun 25-də elan ediləcək və qəbul olunan namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə SMS gələcək.

 

Xatırladaq ki, 2020/2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılır.