
Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
DİM-dən Azedu.az-a verilən məlumata görə, xəbər verir ki, müsahibədə indiyədək 132 nəfər uğur qazanıb. Onlardan 37-si Dövlət Statistika Komitəsində, 29-u Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 7-si Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 4-ü Abşeron Rayon Məhkəməsində, 2-si Sumqayıt Şəhər Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.
Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq