Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-20 16:41:00
Distant təhsil ümumitəhsil məktəblərimiz üçün fəsadlar yarada bilər – Sədr müavini

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası " və təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək" mövzusunda onlayn konfrans keçirildi.

 

Konfransda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev, 21-ci Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Etibar Əliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov və Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edib, xeyli sayda maraqlı tərəflərin nümayəndələri konfransın gedişini izləyib.

 

AzEdu.az xəbər müzakirələr zamanı təhsil prosesinin səmərəli təşkilinə dair müxtəlif xarakterli rəy və təkliflər səsləndirilib. Kimi mövcud vəziyyətlə əlaqədar distant təhsilin, kimi ənənəvı təhsil formasının tətbiqi ilə bağlı mülahizələrini bildirib, Pandemiya şəraitində təhsil sisteminin üzləşdiyi çətinlikləri dilə gətirib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın və “21-ci Əsr Təhsil Mərkəzi İctimai Birliyi”nin sədr müavini kimi gəldiyim qənaət ondan ibarətdir ki, bu kimi tədbirlər ümumi ictimai rəyin öyrənilməsi və yekun qərarın çıxarılması üçün davamlı olaraq keçirilməlidir, nə qədər ki, dərs ilinin başlanmasına hələ ki, bir aya yaxın müddət var.

 

Hələ avqustun ilk günlərində İctimai Şura üzvləri ilə Nazirin onlayn görüşündə verdiyimiz təkliflər Nazirin ölkənin müxtəlif regionlarından olan bir qrup valideyn, şagird və müəllimin iştirakı ilə keçirdiyi videokonfrans, tədris ilinə hazırlıqla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin nazirlə fikir mübadiləsi və digər bu qəbildən olan tədbirlər bir daha göstərir ki, Ümumi ictimai rəyin öyrənilməsinin təhsildə aşkarlıq, şəffaflıq, demokratiklik, humanistlik prinsiplərinin bərqərar olunmasında rolu və əhəmiyyəti danılmazdır və şübhəsiz ki, bu rəy və təkliflər ümumi nəticəyə gəlməkdə və yekun qərar çıxarmaqda öz rolunu oynayacaqdır.

 

Bununla belə yeni dərs ilinin konkret olaraq ənənəvi və əksinə məsafəli formada başlanmasını israr edənlər də var. Hesab edirəm ki, belə ciddi məsələdə subyektiv iradə nümayiş etdirmək yanlışlığa yol açır. Tədris ilinin hansı formada başlanacağı ilə bağlı bəri başdan münəccimlik etmək anlamına gəlir və geniş ictimaiyyət arasında çaşqınlıq yaradır.

 

Distant təhsil ali məktəblərimiz üçün nə qədər məqbul sayılsa belə, orta ümumtəhsi məktəbləri üçün xoşagəlməz fəsadlar yarada bilər, məktəb mühitinin deqradasiyasına yol açar. Məktəb mühitindən uzun müddətlı ayrılıq nəticəsində şagirdlərin yenidən məktəbə çəlb olunmasında müəyyən problemlər yaşanar.

Buna görə də zənnimcə, vəziyyətdən asılı olaraq ən pis halda “hibrid” adlanan ( məsafədən və üz-üzə) qarışıq formanın tətbiq edilməsi daha real görünür. Hər halda bu istiqamətdə işlər gedir və yekun qərar ictimaiyyətə təqdim olunur. Forma öz yerində məzmun isə bir mənalıdır – mümkün epidemioloji şərtlər və tələblər gözlənilməklə məktəblər açılmalıdır. Bu təkcə mənim subyektiv fikrim deyil, əksəriyyət çoxluğun arzu və istəyidir. İstəsək də, istəməsək də hələ ki, zamana bağlıyıq...