
14 avqustdan müəllimlərin işə qəbulu imtahanlarına start verilib.
Ən yüksək nəticə olan 60 balı isə hələ ki 2 nəfər toplayıb. Onlardan biri olan Rəna Hüseynova maksimum nəticə əldə edərək vakant yer seçimində iştirak etmək hüququ əldə edib.
Gənc müəllim təəssüratlarını AzEdu.az-la bölüşüb.
Gəlin, onu yaxından tanıyaq:
“2012-2017-ci illərdə Gəncə Dövlət Universitetində "Musiqi müəllimliyi" ixtisası üzrə təhsil almışam. Yevlax şəhərində yaşayıram və indiyə kimi heç bir yerdə işləməmişəm.
2018-ci ildə MiQ-də iştrak edib 22 bal topladım. Balımın zəif olmasına səbəb məntiq idi. Onun çıxarılması mənim bu nəticəni əldə etməyimdə böyük rol oynadı. Bu il olan yenilikləri çox təqdirəlayiq hesab edirəm.
Səhv suallara baxılması yeniliyi isə çox müsbət addım idi .Onun sayəsində harada səhv etdiyimizi görür və növbəti illərdə onun üzərində çox çalışmağımıza şərait yaradırdı. Mən yarım saata sualları yazıb bitirdiyim üçün sonda çıxış verib səhvlərimə baxmaq istədim. Şükür Allaha ki, o anı yaşamaq qismət olmadı”.
Gənc müəllim sualların çətinlik səviyyəsindən söz açıb:
“Sualların çətinlik səviyyəsi normal idi. Mənə gorə çətin ve düşündürücü test tapşırıqları çox idi. Ancaq oxuyana hər yerdə yaşıl işıq var”.
Rəna Hüseynova bu yolu çox əzim ve çətinliklə qət etdiyini vurğulayıb:
“İlk ilimdə 22 bal topladığıma görə çox pis oldum. O gün qarşıma məqsəd qoydum ki, yüksək nəticə əldə edəcəm .Düzü, bu balı gözləmirdim. Ancaq 50 balı keçməyi hədəfləmişdim. Bu yolda mənə dəstək olan valideynlərimə və aile üzvlərimə təşəkkürümü bildirirəm.
Heç bir fərdi hazırlığa,yaxud da kursa getmədim. Sadece olaraq, Günel İsmayılova müəllimin yönləndirmələri ve mənə mənəvi dəstəyi sayəsində bu uğuru qazandım. Buradan ona da təşəkkürümü çatdırıram.
İnşallah balıma uyğun vakant yer seçib, savadlı ve şagirdlərimin çox sevdiyi müəllimlərdən olaram. Müəllimlik fealiyyətimlə bağli çox planım var. Daha böyük uğurlarım olacaq, çünki özümə güvənirəm”.
Gənc namizəd əsl müəllim olmağın detallarını açıqlayıb:
“İdeal müəllim obrazı elə mənim kimi olacaq: uşaqlara fərdi yanaşan, onların pisixoloji vəziyyətini nəzərə alan, şagirdlərlə müəllim ve yeri gələndə yaxın insan kimi rəftar edən şəxs. Onların her bir uğurunu qiymətləndirib, daha böyüklərini qazanmaları üçün əlimdən gələni edəcəm”.
Müsahibimiz MİQ-də iştirak etmək istəyənlərə bir sıra məsləhətlər verib:
“MiQ-ə hazırlaşanlara özümü nümunə göstərə bilərəm.Mən 22 baldan 60 bala qalxmağın qüruru ve sevincini yaşayıram. Bu mənim əziyyətim,savadım ve özümə inamım sayəsində baş verib.Sizinde bacara bilmədiyiniz heç bir çətinlik yoxdu.Sadəcə daha çox oxuyun. İnanın ki, Allah oxuyanın eziyyətini yerdə qoymur”.
Müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edirik!