Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-21 13:40:00
Naxçıvan şəhər məktəbliləri şahmat üzrə muxtar respublika birinciliyinin qalibi oldu

Babək rayonunda keçirilən və iki gün davam edən ümumtəhsil məktəblərinin kiçik yaşlı şahmatçıları arasında muxtar respublika birinciliyinə yekun vurulub.

 

AzEdu.az  xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Şahmat məktəbində reallaşan birinciliyin ikinci günündə qalib komandalar bəlli olub.

 

Səkkiz komandanın mübarizə apardığı birinciliyin yekun nəticəsinə əsasən Naxçıvan şəhər təmsilçiləri I, Ordubad rayonunun təmsilçiləri II, Babək şahmatçıları isə III yerin qalibi olublar.

 

Sonda yer tutan komandalara medal, kubok və diplomlar təqdim edilib.