Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-21 15:20:00
Ağcabədidə keçirilən imtahanda 592 abituriyent iştirak edib  

Dövlət İmtahan Mərkəzinin avqustun 21-də Ağcabədi şəhərində keçirdiyi I və IV ixtisas qruplar üzrə qəbul imtahanlarının ikinci mərhələsi başa çatıb.

Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov  bildirib ki, ümumilikdə 3 binada təşkil olunan imtahanlarda Ağcabədi və Ağdam rayonları üzrə 592 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların təşkil edilməsi üçün 9 imtahan rəhbəri, 64 zal nəzarətçisi, 6 buarxılış təşkil edən əməkdaşı və 3 bina nümayəndəsi ayrılıb.

Pandemiya şəraitinin tələblərinə əsasən imtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. Binalara buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil olunub. İştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib və məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə edilib.
İmtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.

 

AZƏRTAC