
2018-06-11 14:48:00
UNEC-də “Açıq qapı” günü keçirildi - FOTOLAR
UNEC-də yay imtahan sessiyası ilə bağlı rektor, professor Ədalət Muradovun iştirakı ilə ilk "Açıq qapı” günü keçirilib.
AzEdu.az xəbər verir ki, "Açıq qapı”da rektorla yanaşı, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Çingiz Qənizadə, "APA Holding”in prezidenti Vüsalə Mahirqızı və UNEC-in İctimai Nəzarət Şurasının üzvü Sevinc Qarayeva da iştirak edib. Onlar UNEC-in tələbə və valideynlərin imtahan sessiyası ilə bağlı müraciətləri dinləyiblər. 30-a yaxın müraciətin dinlənildiyi görüşdə rektor Ə.Muradov məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə tapşırıq verib.
"Açıq qapı”dan sonra ictimaiyyət nümayəndələri UNEC News-a təəssüratlarını bölüşüblər.
Millət vəkili Çingiz Qənizadə: "Millət vəkilləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tələbə müraciətlərinin dinlənilməsi obyektivlik və şəffaflığın təntənəsidir. Hər bir müraciətə universitet rəhbərliyinin ədalətli yanaşması bu fikirləri bir daha təsdiq edir. Əminəm ki, UNEC öz uğurları ilə qısa zamanda dünya universitetləri ilə bir sırada dayanacaq”.
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov: "İlk dəfə deyil ki, UNEC-də "Açıq qapı”da iştirak edirəm. Hər dəfə də universitetdə müsbət dəyişikliklərin şahidi oluram. Tələbələrin sərbəst şəkildə problemlərini rektora çatdırmaları, haqlarını müdafiə etmələri universitet rəhbərliyinin onlara yaratdığı səmimi mühitdən irəli gəlir. Mən UNEC-də savadlı, elmli, öz hüquqlarını bilən, onları müdafiə etməyi bacaran tələbələr gördüm və bu məni çox sevindirdi. Bütün bunlar da keyfiyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir”.
"APA Holding”in prezidenti Vüsalə Mahirqızı: "UNEC-in rektorunun iştirak etdiyi "Açıq qapı” gününü izləmək çox maraqlı oldu. Universitetdəki mühit, rektorun əlçatanlığı, problemlərə dəqiq yanaşma, həm də tələbələrin sərbəstliyi xoşuma gəldi. Müşahidə etdim ki, UNEC-də klassik "qorxulu rektor” stereotipi yaxşı mənada dağılaraq liberal mühit yaradılıb. Təhsilə, tələbəyə münasibət, xaricdə təhsilə dəstək və müsbət yanaşma, yeniliklər məni çox sevindirdi”.
Qeyd edək ki, UNEC rektorunun iştirakı ilə keçirilən "Açıq qapı” günləri hər həftənin şənbə günü olmaqla yay imtahan sessiyasının sonuna kimi davam edəcək.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39