Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-23 13:11:00
Rusiya koronavirusa qarşı peyvəndi nə zaman ixrac edəcək? - Vaksinlə bağlı yeni faktlar

Peyvənd istehsalının həcmi artdıqca, tədarüklərə başlayacağıq.

 

AzEdu.az musavat.com-a istinadən bildirir ki, bunu Rusiya mətbuatına açıqlamasında Rusiya Federasiyasının Sənaye və Ticarət naziri Denis Manturov deyib.

 

O, Rusiyadakı Qamaleya İnstitutu tərəfindən koronavirusa qarşı hazırlanan "Sputnik V" peyvəndinin ixrac edilə biləcəyini dilə gətirib.

 

Nazir Rusiya prezidenti Vladimir Putinin ötən günlərdə elan etdiyi və Rusiya Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənən  "Sputnik V" kimi adlandırılan peyvəndin ixracına 2021-ci ilin ilk rübündən başlanılacağını deyib.

 

Denis Manturov yerli mediaya, "Əgər ixracat haqqında danışırıqsa, ehtimal ki, bu, gələn ilin yaz aylarına qədər mümkün olacaq. Peyvənd istehsalının həcmi artdıqca, tədarüklərə başlayacağıq", - deyə, bildirib.

 

Rusiya dünyada koronavirusa qarşı peyvəndi qeydiyyatdan keçirən ilk ölkə olduqdan sonra açıqlama verilib ki, artıq COVİD-19-a qarşı ikinci vaksin üzərində də işlər yekunlaşıb və bu vaksinin də sınaqları uğurla həyata keçirilib.  Məlumatlara görə, ikinci COVID-19 peyvəndi Rusiyanın Vektor Dövlət Viroloji və Biotexnologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb və "EpiVacCorona" adlandırılıb.

 

Bu peyvəndin "Sputnik V"-dən fərqli olduğu deyilir. İlkin məlumatlara görə, "EpiVacCorona" peyvəndinin üzərilərində sınaqdan keçirildiyi könüllülərdə heç bir yan təsir olmayıb. Vaksinin 14-21 gün aralıqlarla iki dozadan sonra ciddi təsirinin  olduğu bildirilir. Agentliyin məlumatına görə, hazırda yalnız bir könüllü "EpiVacCorona"nın iki dozasını qəbul edib.