
2018-06-11 16:47:00
Bakıdakı qalmaqallı bağçayla bağlı ARAŞDIRMA BAŞLADI
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda uşaq bağçalarından birində tərbiyəçinin uşaqlara qarşı zorakılıq etməsini özündə əks etdirən görüntülərə münasibət bildirib.
AzEdu.az xəbər verir ki, Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya açıqlamasında deyib ki, uşaq bağçasının yerləşdiyi ərazinin və uşaqlara qarşı zorakılığı törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaya başlanılıb.
E. Səfərovun qeyd edib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: "Yayılan görüntülərlə bağlı müvafiq dövlət qurumları ilə əlaqə saxlanılıb, araşdırmalar aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Uşaqlara xidmət göstərilən xüsusi müəssisələrdə peşəkar kadrlar çalışmalı, onların sosial-psixologiya sahəsində təhsilləri olmalıdır”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.
Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.
Bu bölməyə aid digər xəbərlər
Qapı arxasında qalan 4 yaşlı uşaq belə xilas edildi - Video
2024-03-24 15:37:28
Bakıda 16 nəfər bağça müdiri vəzifəsinə qəbul olunub
2023-12-26 10:00:00
Bağçalara qəbulda qızılcaya qarşı peyvənd tələb olunur - RƏSMİ
2023-12-18 16:19:40
Günün hava PROQNOZU
2023-12-10 11:00:00
Anasının imtina etdiyi körpə Sumqayıt xəstəxanasında ölüb
2023-11-25 15:30:13
Füzulidə 240 yerlik uşaq bağçasının təməli qoyulub
2023-10-16 13:04:00
Məktəbəqədər təhsil müəssisələrinin heyəti üçün təlimlər keçirilir
2023-10-03 14:17:00
Bağça müdiri olmaq istəyənlər bu gündən sənəd verəcəklər
2023-07-31 09:09:52
Bağça müdiri olmaq istəyənlərə rəsmi MÜRACİƏT
2023-07-27 13:30:00
Sabahdan bağçalara qəbul BAŞLAYIR
2023-07-24 09:35:05