
“İyunun 14-də bütün məktəblərdə “Son zəng” tədbiri keçiriləcək. Bu tədbir yalnız məktəb daxilində və iki saat ərzində keçirilir”.
AzEdu.az-ın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, məktəb rəhbərliyi ilə yanaşı, Bakı Şəhər Təhsil İdarəsi də müvafiq orqanlara şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciət edib:
“Aidiyyəti orqanlara qabaqlayıcı tədbirlərin görülməsi üçün müraciətlər edirik. Builki son zəng tədbirləri də yüksək səviyyədə keçiriləcək. Bu il Bakı məktəblərini təxminən 26 min nəfərdən çox 11-ci sinif şagirdi, 27 min nəfərdən artıq isə 9-cu sinif şagirdi bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək. Güman edirik ki, yaxşı nəticə göstərən şagirdlərimizin sayı artacaq”.