Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-28 15:49:00
Kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq? - VİDEO

Epidemioloji vəziyyət imkan verərsə, bu il 1 milyon 300 min şagird uyğunlaşdırılmış qaydada tədrisə cəlb olunacaq. 

 

AzEdu.az  xəbər verir ki, bunlar məktəbəqədər hazırlıqda - 120 min uşaq, ibtidai siniflərdə - 650 min şagird, 5-dən yuxarı siniflərdə - 737 min şagird, peşə və ali təhsil müəssisələrində - 176 min tələbədir. 

 

Bəs kimlər ənənəvi, kimlər onlayn təhsil alacaq?

 

İbtidai siniflər sentyabr ayının 15-dən noyabrın 2-nə qədər həftədə dörd dəfə, əgər yoluxmalar çoxalarsa həftədə üç və ya iki dəfə olmaqla ənənəvi formada, 5-dən yuxarı siniflər sentyabr ayının 15-dən ən azı mart ayına qədər həftədə 2-3 dəfə olmaqla onlayn şəkildə dərslər təşkil olunacaq.

 

Peşə və ali təhsil tələbələri sentyabr ayının 15-dən ən azı mart ayına qədər onlayn təhsil alacaqlar. Ancaq burada bəzi ixtisaslarda I kurslarda istisnalar var.

 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: