Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-28 16:01:00
Füzuli rayon məktəbləri “Əsgərə məktub” aksiyasına qoşuldu

Füzuli rayonunda könüllü gənclərin ordumuza dəstək məqsədilə başlatdıqları “Əsgərə məktub” aksiyası davam edir.

 

AzEdu.az xəbər verir ki, ordumuzun əsgər və zabitlərinə mənəvi dəstək olmaq, eyni zamanda, yetişməkdə olan gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək məqsədilə keçirilən aksiyaya rayon məktəbliləri də qoşulublar. Füzuli rayon 2, 26, 27, 37, 48 nömrəli, Horadiz şəhər 2 nömrəli, Əhmədbəyli, Üçbulaq kənd tam orta məktəblərinin şagirdləri ürək sözlərini, arzu və istəklərini Azərbaycan əsgərinə ünvanlayıblar. Füzuli gənclərinin aksiyada fəal iştirakı onlarda ordumuza olan rəğbətin və vətənpərvərlik hisslərinin yüksək səviyyədə olmasının göstəricisidir.