
2020-08-30 15:55:00
Almaniya məhkəməsi müəllimələrin hicabına qadağanı “qəbuledilməz ayrıseçkilik” adlandırdı...
Almaniyanın Erfurt şəhərindəki əmək məsələləri üzrə Federal Məhkəmənin hakimləri qadın müəllimlərin hicab taxmalarına qoyulan qadağanın, sadəcə, ayrıseçkilik deyil, insan hüquq və azadlıqlarına uyğun olmayan bir pozuntu olduğuna qərar verib. Bununla onlar dövlət məktəblərində hicab geyinməsinə qoyulan qadağanı "konstitusiyaya zidd" adlandıran Almaniya Konstitusiya məhkəməsini dəstəkləyiblər.
AzEdu.az xəbər verir ki, Almaniyanın “RBB24” nəşrinin yaydığı məlumata görə, bəhs edilən qərar hicaba bürünən və onu iş yerində çıxarmaqdan imtina etdiyi üçün dini bitərəfliyin qorunması haqqında qanunla məktəbə işə qəbul edilməyən bir müsəlman qadının iddiasına cavab olaraq verilib.
Bu qanun Berlində qüvvədədir və müəllimlərin iş yerində dini simvol gəzdirməsi və ya dini libas geyinməsini qadağan edir. Məhkəmə qanunda göstərilən tələbləri “dini zəmində qəbuledilməz ayrı-seçkilik” adlandırıb.
Məhkəmənin qərarına baxmayaraq zərər çəkən qadın işə qəbul olunmasını tələb edə bilməz, lakin bir ay yarımlıq əmək haqqı miqdarında maddi təzminat alacaq.
Qərar Berlin Təhsil senatoru Sandra Şeers tərəfindən tənqid edilib. O, Berlin kimi dini fərqli bir metropolda müəllimlərin bitərəf olmalarının gərəkliyini vurğulayıb. Senatorun fikrincə, əks təqdirdə bu, məktəblərdə münaqişələrə səbəb ola bilər.
Bu bölməyə aid digər xəbərlər
Xaricdə təhsil alan daha 55 nəfərin diplomu tanınmayıb
2024-06-06 11:02:57
Xaricdə təhsil alan 240 nəfərin peşəsi tanınmayıb - SİYAHI
2024-05-31 10:09:51
Xaricdə doktorantura təhsilinə sənəd qəbulu yekunlaşır
2023-10-09 15:57:57
Xaricdə doktorantura təhsilinə start verilir
2023-08-03 15:08:24
Gənc alimlərin payı cəmi 34% təşkil edir
2023-06-05 11:31:00
Xaricdə təhsil almaq istəyənlər sənəd qəbulunda səhv etsələr... - Rəsmi CAVAB
2023-03-30 14:39:00
Çin dilini öyrənmək istəyənlərin sayı artır
2023-03-28 10:16:00
Britaniya universitetində Novruz bayramı qeyd olunub
2023-03-26 16:25:00
Zəlzələdən zərər çəkmiş tələbələr işlə təmin olunacaq
2023-03-26 14:17:00
ABŞ səfirliyi azərbaycanlı tələbələri təbrik edib
2023-03-25 09:22:00