
“Biri var islahat, biri də var islahatın kommunikasiya olunması-qavranması... “Kurikulum” sözünün mahiyyətini hələ tam başa düşə bilməmişik. Kurikuluma 70-80 il əvvəl “müfrədat” demişik, indi isə “məzmun” deyirik. Əgər “Kurikulumu ləğv edək” deyə müraciətlər gəlirsə, burada kommunikasiya problemimizin olduğu üzə çıxır. Təhsilin məzmunu necə ləğv oluna bilər?! Problem kurikulumda deyil, o insanlara izah olunmalıdır”.
AzEdu.az-ın məlumatına əsasən, Təhsil Naziri Emin Əmrullayev bunu Real Tv-yə müsahibəsi zamanı səsləndirib:
“İnsan oxuduğunu başa düşürsə, bu, böyük işdir. Oxuduğunu anlayıb, mövqe bildirirsə, bu daha yaxşı işdir. Təhsilli olmaq öz-özünə baş vermir. Bunun üçün saatlarla masa arxasında əyləşib çalışmaq lazımdır. Bir, iki və üç saat bütün uşaqlar oxuya bilər. Gündə 6 saatdan artıq oxumağa, öyrənməyə vaxt sərf etmək çox vacibdir ki, bacarıqlı vətəndaş yetişdirə bilək”.