Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-01 16:12:00
Bu gün 143 nəfər koronavirusa yoluxdu, 130 nəfər sağaldı  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, 2 065 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, bu günə qədər isə ümumilikdə 928 666 test icra olunub.