
Azərbaycan İlahiyyat İnstitutu noyabrın 26-da “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda elmi konfrans təşkil edəcək.
İnstitutdan AzEdu.az-a bildirilib ki, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan konfransda alimin həyatı və elmi-pedaqoji, dini-maarifçilik, tərcüməçilik fəaliyyəti, onun ilahiyyatçı kadrların yetişməsində, Azərbaycanda dinşünaslıq və islamşünaslığın inkişafında roluna dair məruzələr dinləniləcək.
Konfransda iştirak etmək istəyənlər məqalələrini oktyabrın 15-dək [email protected]elektron ünvanına göndərməlidirlər.
Məqalələr heç bir yerə təqdim edilməmiş, 6-15 səhifədən ibarət yeni tədqiqatlar olmalıdır.
Əlaqələndirici şəxslər:
Şahin Ələsgərov (+99412) 510 65 45, (+99455) 529 93 80;
Emil İsbatov (+99412) 510 65 45, (+99455) 200 21 03.