Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-09 15:56:00
Təhsillə bağlı son günlərdə verilən ən vacib qərarlar, gündəm yaradan informasiyalar-TƏHLİL

 

Tədris ilinin başlamasına sayılı günlər qalıb. Lakin pandemiya şəraiti ilə əlaqədar yeni tədris ili fərqli formada təşkil olunacaq.

 

Bir neçə gündür ki, qarşıdan gələn  dərs ilinin təşkili ilə bağlı bir-birindən vacib  məlumatlar verilir, qərarlar qəbul edilir.

 

AzEdu.az növbəti tədris ili ilə bağlı verilən əsas məlumatları təqdim edir:

 

Emin Əmrullayev məktəbəhazırlıq qrupları ilə bağlı əmr verdi

 

Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

-qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

 

Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

 

İbtidai və yuxarı siniflərdə  dərs saatı məsələsi ilə bağlı qərar

 

“İbtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

 

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.

 

Onun sözlərinə görə, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək. 

 

V.Yaqublu deyib ki, virtual dərslərin müddəti isə 30 dəqiqədən çox olmamalıdır.

 

Ümumi təhsil pilləsi üzrə tədris planlarının təsdiqlənməsi

 

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub.

 

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.

 

Övladını məktəbə göndərmək istəməyən valideynlər üçün şərtlər açıqlandı

 

“Virus riskindən qorxaraq övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlərin mənafeləri nəzərə alınıb”. 

 

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib. 

 

Onun sözlərinə görə, belə valideynlər məktəb rəhbərliyinə yaxınlaşaraq xüsusi iltizam formasına qol çəkməlidirlər.

 

Məktəblərdə şagird sıxlığı müxtəlif üsullarla tənzimlənəcək

 

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib. 

 

O bildirib ki, sinif komplektlərinin müxtəlif vaxtlarda məktəbə gəlməsi təklif olunur: “Siniflərin yarısı həftənin 3 günü, digər yarısı isə 3 günü gələ bilərlər. Məktəblərə növbəli dərs rejiminə keçmək təklif olunur. Şagirdlər hətta 3 növbədə də gələ bilərlər.

 

Sinifdaxili sıxlığa gəldikdə isə, sinif daxilində 1,5 metr ara məsafəsi saxlanılmalıdır. Əgər bu sıxlıq həmin məsafəni qorumağa imkan verməsə, sinif qruplara bölünəcək, onların hər biri üçün ayrıca dərs cədvəli hazırlanacaq.

 

Bu zaman əsas sual budur ki, müəllimin dərs yükü çoxalacaqmı? Əyani dərslər üçün dərs miqdarı iki yarımqrup arasında yarı bölünəcək”. 

 

Koronavirus şəraitində məktəblərdə davranış qaydaları hazırlanıb

 

Təhsil Nazirliyi koronavirus (COVID-19) pandemiyası şəraitində məktəblərdə davranış qaydaları hazırlayıb. 

 

Yaxın günlərdə Səhiyyə və Təhsil nazirlikləri tərəfindən məktəb və təhsil ocaqları üçün sanitar-epidemioloji tələblərə və əlavə təhlükəsizlik qaydalarına uyğun əsas iş prinsipləri müəyyən edilib ictimaiyyətə açıqlanacaq.

 

Nazirlər Kabineti Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin tarixlərini təsdiqləyib.

 

Sentyabrın 15-də tədris ibtidai siniflərdə əyani formada bərpa olunacaq, V-XI siniflərdə isə onlayn qaydada dərslər keçiriləcək.

 

V-IX sinif şagirdləri oktyabrın 1-də,  X-XI sinif şagirdləri həmin ayın 15-də ənənəvi şəkildə məktəbə gedəcək. Oktyabrın 1-dən isə məktəbəhazırlıq qruplarında tədris başlayacaq.

 

Təhsil Nazirliyi ibtidai siniflər üçün əyani dərslərin həftədə 2-3 dəfə keçirilməsi təklifi ilə çıxıb edib.

 

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, hər ilin əvvəlində yeni tədris planı təsdiqlənir: “Həmin planla hər bir sinif üzrə hansı fənlərin neçə saat keçirilməsi müəyyən olunur. Bu il həmin tədris planı uyğunlaşdırılıb. Məsələn, şagirdlərin kimya fənni üzrə keçəcəkləri dərslərin saatı olduğu kimi qalır. Ancaq qarşılığında məktəblərə təklif veririk ki, həmin fənnin 1 saatını virtual, digər saatını isə real vəziyyətdə keçsinlər. Əgər dərsin virtual rejimdə keçirilməsi üçün imkan yoxdursa, bunu kompensiya etmək üçün teledərs layihəsi var. Bu il də layihə davam etdiriləcək. Odur ki, bütün dərslərin izahı olacaq. Hərdən çox insan deyir ki, bu, effekt vermir. Məncə bu, unikal şansdır. Çünki teledərslərə ölkənin ən yaxşı müəllimləri dəvət olunur”.  

 

Tədrislə bağlı qərar  noyabrın 2-dək qüvvədədir

 

Təhsil müəssisələrində sonrakı mərhələlərdə tədrisin hansı formada davam etdirilməsi ilə bağlı da mövcud şəraitə uyğun olaraq qaydaların hazırlanması, yeni qərarların qəbulu gözlənilir. 

 

Dərslərin başlanma tarixləri açıqlanıb

 

COVİD-19 pandemiyası ilə əlaqədar təhsilalanların və təhsilverənlərin sağlamlığını qorumaq məqsədilə tədrisin ümumi təhsil müəssisələrində əyani formada keçirilməsinə müəyyən məhdudiyyət qoyulur.

 

Bu barədə Təhsil naziri Emin Əmrullayevin xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmrində bildirilib. 

 

Əmrə əsasən ümumi dərs məşğələləri: 

 

I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant formada;

 

V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant formada;

 

X-Xı siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant formada başlayır.

 

Tədris  planına uyğun saat bölgüsü fənlər üzrə bu şəkildə tənzimlənəcək

 

COVİD-19 pandemiyası ilə əlaqədar təhsilalanların və təhsilverənlərin sağlamlığını qorumaq məqsədilə tədrisin ümumi təhsil müəssisələrində əyani formada keçirilməsinə müəyyən məhdudiyyət qoyulur.

 

Bu barədə Təhsil naziri Emin Əmrullayevin xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmrində bildirilib. 

 

Əmrə əsasən tədris planında dərsdənkənar məşğələlərə ayrılmış saatlar aşağıdakı fənlərin tədrisinə ayrılır: 

 - I-IV siniflərdə “Xarici dil” fənninə əyani formada; 

  • V siniflərdə “Xarici dil” fənninə distant (məsafədən) formada, xarici dil tədris olunmayan məktəblərdə Pedoqoji Şuranın qərarı ilə digər fənlərin hər hansı birinə distant formada;

- VI siniflərdə “Fizika” fənninə əyani formada;

- VII siniflərdə “Qarabağın tarixi” kursuna distant (məsafədən) formada;

- VIII-X siniflərdə 1 saat “Azərbaycan tarixi” fənninə distant, digər 1 saat isə Pedoqoji Şuranın qərarı ilə “Fizika”, “Kimya”, “Biologiya” və “Coğrafiya” fənlərinin hər hansı birinə distant formada;

- Müəyyən edilmiş təhsil müəssisələrinin VII sinfində dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş 2 saatın 1 saatı “Ortaq türk tarixi” kursunun distant formada tədrisinə ayrılır.

 

Təhsil naziri dərslərin keçirilməsi qaydası ilə bağlı əmr imzalayıb

 

COVİD-19 pandemiyası ilə əlaqədar təhsilalanların və təhsilverənlərin sağlamlığını qorumaq məqsədilə tədrisin ümumi təhsil müəssisələrində əyani formada keçirilməsinə müəyyən məhdudiyyət qoyulur.

 

Bu barədə Təhsil naziri Emin Əmrullayevin xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planlarına dair əmrində bildirilib. 

 

Qeyd edilib ki, epidemioloji vəziyyətdən və təhsil müəssisəsində şagird sıxlığından asılı olaraq dərslər aşağıdakı qaydada tədris edilir:

- tədris planında fənlərin tədrisinə ayrılmış saatlar (dərsdənkənar məşğələlər üçün nəzərdə tutulmuş saatlar da əlavə edilməklə) əyani və distant (məsafədən) olmaqla 2 formada tədris olunur;

- şagirdlərə əyani formada tədris olunmayan mövzular teledərslər və “Virtual məktəb” platforması üzərindən Microsoft Teams proqramı ilə keçirilən (distant məsafədən) dərslər vasitəsilə tədris olunur; 

- “Virtual məktəb” platforması üzərindən Microsoft Teams proqramı ilə keçirilən  dərslərlə yanaşı, şagirdlərin teledərsləri izləməsi təşviq olunur və əyani formada keçirilən dərslərdə həmin mövzular möhkəmləndirilir; 

- sinif otağında sosial məsafənin (1,5 m) gözlənilməsi məqsədilə zərurət yarandığı halda, əyani formada tədris zamanı siniflər qruplara bölünür və dərslər növbəli cədvəl əsasında, yaxud həftəaşırı olmaqla təşkil edilir;

- sinif yarımqrupa bölünəndə tədris planında əyani formada tədris üçün fənlər üzrə nəzərdə tutulmuş həftəlik dərs saatlarının miqdarı hər bir qrup üçün müvafiq olaraq bərabər bölünür;

- sinfin yarımqrupa bölünməsi zərurət yarandığı halda, tədris planında həftəlik əyani dərs saatı 1 saat müəyyənləşdirilmiş fənlər hər bir qrup üçün həftəaşırı əyani formada tədris olunur;

- tədris planlarında əyani formada keçirilməsi nəzərdə tutulmayan fənlərin distant (məsafədən) formada tədrisi təmin edilir.

 

İbtidai siniflərdə günüuzadılmış qrupların təşkili qaydası müəyyənləşəcək

 

Bu, sentyabrın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən “Ümumi təhsil haqqında” qanun təklif olunan dəyişiklikdə əksini tapıb.

 

Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili qaydasını icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

 

Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə əmək müqaviləsi bağlayanlar cərimələnəcək

 

İnzibati Xətalar Məcəlləsinə yeni - 192.12-ci maddənin əlavə edilməsi təklif olunur.

 

Layihəyə əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə vəzifəli şəxslər üç min manat məbləğində cərimə ediləcək. 

 

Layihə Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclasında müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

İbtidai və ümumi orta təhsil müəssisələrinə dair tələblər sərtləşdirilir

 

Bu, "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Qüvvədə olan qanuna görə, ibtidai və ümumi orta təhsil müəssisələri azkomplektli formada da fəaliyyət göstərə bilər. Dəyişikliyə əsasən, artıq yalnız ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək. Şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

 

Qanun Milli Məclisin Elm və təhsil komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. 

 

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

 

“Təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

 

Dəyişikliyə  qanunun 14.8-1-ci maddəsinə əlavə edilir. Qanunun hazırkı varinatına görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları