
Musiqi yalnız ruhun qidası deyil, həm də təhsilin ayrılmaz hissəsidir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, musiqi təhsilindəki əsas istiqamət klassik musiqi hesab olunur. Uşaqların Motsart, Bethoven, Şubert, Şopen və Brams kimi adlarla erkən yaşlarda tanış olmaları, onların xeyrinədir.
Müasir elektronik musiqi…
Musiqi tədrisi proqramı ilə məşğul olan Ableton şirkəti, yeni bir təhsil layihəsi çərçivəsində məktəblərlə əlaqə yaradaraq, uşaqlara gündəlik həyatda dinlədikləri, lakin əsas musiqi təhsilində tədris olunmayan elektron musiqinin yaranma tarixini öyrədir. Ales Red Akademiyasında musiqi texnologiyasını tədris edən müəllim Melisa Parker də Ableton şirkətinə müraciət edənlərdən biridir.
Məhdud imkanlarla alternativ musiqi təhsili…
Məktəbin yaşam şərtləri, maddi imkanları məhdud olan bir bölgədə yerləşməsinə baxmayaraq, şirkət 8-ci siniflər üçün rəqs musiqi layihəsini hazırlayıb. Bu layihə ilə şagirdlərə mahnıların tarixini izah edə və mövzuya cəlb edə biləcəklər. Yaşam səviyyəsi aşağı olduğuna görə, musiqi alətində çalmağı öyrənə bilməyən tələbələrə musiqi dünyasına elektron musiqi ilə daxil olmaq imkanı verir. Şagirdlərin öyrənməyə çox həvəsli olduqlarını deyən müəllimə görə uşaqların yaradıcılıqlarının və bacarıqlarının göstərə biləcəkləri musiqi sahələri artıq təkcə pianino kimi klassik alətlərdən ibarət deyil.
Məktəblərdə elektron musiqinin uşaqlara öyrədilməsində ən böyük maneə klassik tədris proqramıdır. Bu təcrübə uşaqlar üçün fürsətdir, amma bir çox məktəb onun tətbiqində çətinlik çəkir. Müəllimlər hesab edir ki, elektron musiqi uşaqlarla ünsiyyət qurmaqda faydalı olacaq.
Qurğunun qiyməti 170-500 avro arasında dəyişir. Necə istifadə olunduğunu öyrənmək üçün pulsuz “Youtube” kanallarından istifdə edə bilərsiniz.Beləcə hansısa klassik aləti öyrənmək üçün uzun müddətli bir sərmayədən daha sərfəli bir büdcə ilə musiqi dünyasına daxil ola bilərsiz.
Klassik musiqi yoxsa elektron musiqi təhsilimi?
Bütün bunlarla yanaşı, mövzuyla əlaqədar, bir tənqidi məqam da odur ki, elektron musiqinin tədrisi zamanı uşaqların kompüter qarşısında çox vaxt keçirirlər. Bəzi mütəxəssislər elektron səslərdən çox təbii səslərlə tədrisin daha doğru olduğu qənaətindədir. Onlar şəhərdəki nəqliyyat səslərindəm quş səslərinə, uşaqların daha əvvəl qulaq asmadığı ekoloji səslərə yönləndirilmələrinin də işə yarayacağını ifadə edir.
Ableton ilə elektron musiqi dərslərinə başlamış müəllim Parkerə görə, dünya səviyyəsində musiqi təhsili olduqca əlçatmaz bir çərçivədə davam edir və uşaqların bu səbəblə özünə inamları erkən yaşlarda zədələnir. Melisa Parker, təhsildə texniki musiqiyə əhəmiyyətli bir yer verilməsi və təhsil sisteminin texnologiyanı üstün tutması vacibliyini müdafiə edir.
Leyla QULAMİ