Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 09:28:00
Bu ixtisaslar üzrə vakansiya seçimi başa çatır

Cari ilin 4, 7, 8 sentyabr tarixlərində tarix, coğrafiya və informatika fənləri üzrə işə qəbul imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

 

Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq  müəyyənləşdirilib.

 

Namizədlər 13 sentyabr  saat 14:00-dan 14 sentyabr saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.

 

Qeyd edək ki, 4, 7 və 8 sentyabr tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apellyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.