Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 09:53:00
Sabah ilk dərslər bu mövzulara həsr olunacaq

Yeni tədris ilinin ilk dərsləri Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, belə ki, ilk dərslər I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunacaq.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək.