2020-09-14 10:52:00
İmtahanda zəhərlənənlərin vəziyyəti necədir? - AÇIQLAMA
“Həftəsonu keçirilən “Yüksəliş” müsabiqəsinin imtahanı zamanı zəhərlənmə halı üç-dörd mərkəzdə qeydə alınıb. Hazırda həmin şəxslərin vəziyyəti yaxşıdır və onlar artıq xəstəxanadan evə buraxılıb.
AzEdu.az xəbər verir ki, bunu, “Yüksəliş” İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Aliyə Əliyeva deyib. O bildirib ki, hazırda Qida Təhlükəsizliyi Agentliyindən ekspertizanın rəyini gözləyirlər.
“Zəhərlənənlərin 20 faizi iştirakçılar, əksəriyyəti işçi heyət- nəzarətçilər, texniki heyət, könüllər olub. Hər kəs eyni yerdə qidalanıb”.
A.Əliyeva vurğulayıb ki, imtahanlarda yeni sualların hazırlanması üçün ekspertlər çalışırlar. Onun sözlərinə görə, “Yüksəliş” müsabiqəsinin yeni imtahanı iki həftədən sonra keçirilə bilər. İmtahanların keçiriləcəyi gün barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ikinci imtahanında kütləvi qida zəhərlənməsi baş verib.

Bu bölməyə aid digər xəbərlər
Agentlikdən valideynlərə müraciət!
2024-09-06 15:11:34
ARTİ vakansiya elan edir
2024-09-03 09:34:27
Dərsliklərdən düzgün istifadə etməyi bilməyənlər ondan şikayətlər edirlər
2024-07-17 13:09:11
“Tarixdə bu gün” - 10 iyul...
2024-07-10 09:09:15
35 mindən çox müəllimin maaşına artım tətbiq olunub
2024-06-14 16:04:37
Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib
2024-05-18 15:22:00
Nazir Dünya Bankının Azərbaycan üzrə meneceri ilə görüşüb
2024-04-08 13:10:00
Nazir müavini Füzulidə təhsil müəssisələrində olub
2024-03-30 09:46:00
Nazir müavini İdris İsayev Füzulidə olub
2024-03-30 09:32:20
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzində YENİLİK
2024-03-27 11:21:00