Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 13:26:00
Bakıda 6 yeni məktəb tikildi

Yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılıb.

 

İdarədən AzEdu.az-ə verilən məlumata görə, ehtiyac olan ərazilərdə 6 yeni məktəb binası inşa olunub.

 

Yeni dərs ilinə hazırlıq çərçivəsində 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi aparılıb.