Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 14:36:00
Təhsil naziri vakant yerlərin gizlədilməsi məsələsinə aydınlıq gətirib

“Bütün vakansiyaların elan edilməsi, namizədlər tərəfindən rəqabətli şəkildə seçilməsi olduqca vacibdir”.

AzEdu.az xəbər ki, bunu Təhsil naziri Emin Əmrullayev nazirliyin facebook səhifəsində MİQ-lə bağlı sualları cavablandırarkən deyib.

O, vurğulayıb ki, əsas məsələlərdən biri də gizlədilən vakant yerlər ilə bağlıdır.

“Bir daha vurğulamaq istəyərdim ki, bizim tərəfimizdən bütün vakansiyaların elan edilməsi, namizədlər tərəfindən rəqabətli şəkildə seçilməsi olduqca vacibdir.Vakansiyalar mütəmadi olaraq elan edildikdən sonra mövcud olan prosesə əsasən namizədlərə təqdim ediləcək.Bu barədə heç bir problemin yaranmayacağını ümid edirəm”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları